15:39 - 30.06.2025
30 iyun Fineko/abc.az.2025-ci ilin birinci rübündə Qazaxıstan 7 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib.
ABC.AZ xəbər verir ki, bu barədə “Türk iqtisadi icmalı”nda qeyd edilib.
Sözügedən icmalda vurğulanır ki, Türkiyə və Özbəkistan isə sənaye və rəqəmsal sahələrdə əsas investisiya istiqamətləri olaraq qalıb. Qırğızıstan sabit kapitala qoyulan investisiyalarda 90%-ə yaxın artım göstərib, ŞKTR-də bank aktivləri 43% artıb. Qazaxıstanın bank sektorunun aktivləri isə 17% yüksəlib.
Yaşıl və rəqəmsal keçid sahəsində də mühüm addımlar atılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində razılaşdırılmış Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə irəliləyişə nail olub. Özbəkistan isə 2030-cu ilə qədər enerji istehsalının 40%-ni bərpa olunan mənbələrdən təmin etməyi qarşısına məqsəd qoyub. Bişkek 2025-ci il üçün “Rəqəmsal Paytaxt” elan edilib (OTS, UNEP).
13 Avqust 2026
12 Avqust 2026