17:30 - 27.05.2025
27 may, Fineko/abc.az. “Şimal-Cənub” dəhlizi Avropa və Asiya arasında ən qısa və ən səmərəli tranzit marşrutu kimi çıxış edir.
ABC.AZ xəbər verir ki, bu barədə İranın Rumıniyadakı keçmiş səfiri, İranın Azərbaycandakı səfirliyində ekspert kimi çalışan Həmidreza Ərşadi bildirib.
O qeyd edib ki, marşurutun inkişafı təkcə regional əlaqələri gücləndirmir, həm də iqtisadi diversifikasiyaya və beynəlxalq ticarətin artımına töhfə verir.
Onun sözlərinə görə, Hindistan və Cənub-Şərqi Asiyadan mallar İranın Bəndər-Abbas limanı və Azərbaycan ərazisi vasitəsilə çatdırılacaq: “Marşrut üzrə potensial daşıma həcmi ildə 15 milyon tona qədərdir. Bu, Azərbaycan üçün əhəmiyyətli tranzit potensialı yaradır – ildə təxminən 250-300 milyon ABŞ dolları gəlir əldə edə bilər”.
Ekspert əlavə edib ki, bu marşrut üzrə yüklərin çatdırılması alternativ istiqamətlərlə müqayisədə 10-15 % daha ucuz olacaq: “Qət edilən məsafə Süveyş kanalından keçən marşrutla müqayisədə 800 km azalacaq, çatdırılma müddəti isə 20 gün qısalacaq. Bundan əlavə, marşrut yüklərin təyinat məntəqəsinə daha etibarlı çatdırılmasını təmin edir”.
Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, hər 15 ton daşınan yükə 2 500 ABŞ dollarından çox məbləğdə qənaət etmək mümkün olacaq. “Bu kontekstdə “Şimal-Cənub” dəhlizinin qərb marşrutu – Rusiyanın Həştərxan və Mahaçqala şəhərləri vasitəsilə daha sonra Azərbaycan ərazisindən Samurdan Astaraya qədər və daha sonra İranın tikintisi davam edən Astara-Rəşt-Qəzvin dəmir yolu xətti ilə – region və ilk növbədə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”, – H.Ərşadi vurğulayıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026