Mərkəzi Bank “Paysis” MMC barədə nə göstərişi verib?

17:11 - 10.04.2025


10 aprel, Fineko/abc.az. Mərkəzi Bank (AMB) “Paysis” MMC-yə münasibətdə təshih tədbirlərinin tətbiq edilməsi barədə qərar verib.

ABC.AZ xəbər verir ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “Paysis” MMC-də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması və təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılıb.

“Paysis” MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “Paysis” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.