ABŞ-də kripto aktivlər üçün yeni qaydalar təklif olundu – SEC-dən mühüm addım

12:16 - 19.08.2026


19 avqust, Fineko/abc.az. ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kripto aktivləri əhatə edən investisiya müqavilələri üçün şəffaf və məqsədəuyğun tənzimləmə çərçivəsi yaratmaq məqsədilə yeni qaydalar təklif edib. Təklif olunan nizamlama ABŞ-də kripto valyuta bazarlarında məsuliyyətli kapital axınının təmin edilməsinə və innovasiyaların qarşısındakı hüquqi maneələrin aradan qaldırılmasına yönəlib.

Yeni qaydalar çərçivəsində şirkətlər üçün iki cür qeydiyyat azadolması nəzərdə tutulur: 4 illik dövrdə 5 milyon dollara qədər birdəfəlik təkliflər və illik 75 milyon dollara qədər (müvafiq maliyyə hesabatlılığı şərti ilə) aparılan əməliyyatlar. Bununla yanaşı, kripto aktivlərin "investisiya müqaviləsi" sayılmaması üçün xüsusi şərtlər daxilində "təhlükəsiz sığınacaq" rejimi tətbiq olunacaq və bu güzəştlərə ştat səviyyəsindəki yerli qeydiyyat tələbləri şamil edilməyəcək.

SEC sədri Pol Atkins  bildirib ki, bu addım ABŞ Konqresi daimi qanunvericilik bazası formalaşdırana qədər sahibkarlara və bazar iştirakçılarına kapital cəlb etmək üçün aydın mexanizmlər təqdim edir.