15:53 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kəpəz BOKT" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün "Ticarətə İcazə" verilib. Ümumi dəyəri 1 milyon manat olan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində keçiriləcək.
İstiqrazların əsas göstəriciləri:
Emissiya həcmi və sayı: 1 000 000 manat (10 000 ədəd, hər biri 100 manat)
İllik gəlirlilik: 15%
Tədavül müddəti və kupon ödənişi: 24 ay (faizlər hər ay ödənilir)
Hərrac forması: Kütləvi / Birqiymətli hərrac
Anderrayter: "Troni İnvestisiya Şirkəti" QSC
19 Avqust 2026
18 Avqust 2026