BOKT "International"ın 1 milyon manatlıq istiqraz hərracı yekunlaşdı

15:41 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "International" BOKT ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb. Ticarət nəticələri tələblərə cavab verdiyi üçün qiymətli kağızlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.

İstiqrazların əsas göstəriciləri:

  • Emissiya həcmi və sayı: 1 000 000 manat (10 000 ədəd, hər biri 100 manat)

  • İllik gəlirlilik: 15%

  • Tədavül müddəti və kupon ödənişi: 24 ay (faizlər hər 30 gündən bir ödənilir)

  • İnvestor marağı: 51 investor tərəfindən 1 milyon manatlıq sifariş təqdim olunub və tam təmin edilib

  • Anderrayter: "PAŞA Kapital İ.Ş." QSC