14:21 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Bloomberg-in təhlilinə əsasən, iyunun sonundan bəri BIST Bankçılıq İndeksi 13% azalıb, sənaye şirkətlərindən ibarət BIST Sənaye İndeksi isə təxminən 10% yüksəlib. Bu fərq bankların sənaye sektoruna nisbətdə göstəricilərini 2024-cü ilin mart ayından bəri en aşağı səviyyəyə salıb.
Mütəxəssislərin fikrincə, bank sektoruna ən böyük təzyiqi yüksək faiz dərəcələri və uçot dərəcələrinin uzun müddət yüksək qalacağı gözləntiləri yaradır. Yaxın Şərqdəki münaqişə və artan neft qiymətləri inflyasiya risklərini artıraraq Mərkəzi Bankın pul-kredit siyasətini sərtləşdirməsinə və effektiv maliyyələşmə faizini martdakı 37%-dən 40%-ə qaldırmasına səbəb olub.
Analitiklərin dəyərləndirməsi:
BofA Securities: Davamlı inflyasiya və yumşalma prosesinin ləngiməsi səbəbindən özəl banklar üzrə tövsiyə reytinqlərini endirib.
Perform Portföy: Yüksək maliyyələşmə xərclərinin ikinci rübdə nikbinliyi zəiflətdiyini, lakin ilin sonunadək bank səhmlərində bərpanın mümkün olduğunu bildirir.
18 Avqust 2026