RF İstintaq Komitəsinin sədri: yeniyetmələr üçün destruktiv kontentin müəyyənləşdirilməsi gücləndirilməlidir

14:15 - 4.04.2025


4 aprel, Fineko/abc.az. İnternetdə destruktiv kontentin müəyyənləşdirilməsi üzərində iş gücləndirilməlidir. 

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.

O qeyd edib ki, məhdudiyyətlərə riayət olunmasına və yetkinlik yaşına çatmayanlar arasında informasiya məhsullarının, o cümlədən qadağan olunmuş məhsulların yayılması qaydasına ciddi dövlət nəzarəti qurulmalıdır. Bastrıkin əlavə edib ki, çap nəşrləri, musiqi və səhnə əsərləri, film və audio əsərləri, kompüter oyunlarına da nəzarət gücləndirilməlidir.