15:51 - 11.03.2025
11 mart, Fineko/abc.az. Qazaxıstan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri vasitəsilə neft ixracını artıracaq.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleuov bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın enerji ehtiyatlarının Azərbaycan vasitəsilə dünya bazarına ixracı ilə bağlı razılaşmalar uğurla həyata keçirilir.
Belə ki, 2024-cü ildə boru kəməri vasitəsilə 1,4 milyon ton neft nəql edilib. Gələcəkdə Qazaxıstan neftinin ixracının ildə 2,2 milyon tona çatdırılması planlaşdırılır.
12 Avqust 2026