11:12 - 10.03.2025
10 mart, Fineko/abc.az. 2024-cü ildə “Azərpoçt” MMC-nin əməliyyat mənfəəti 9,9 milyon manat, xalis mənfəəti isə 4,5 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 14 % və 2,2 % azdır.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 586,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 5 % azalaraq 520,9 milyon manata düşüb, balans kapitalı isə 15 % artaraq 65,3 milyon manata çatıb.
Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026