“Alibaba” süni intellektə əsaslanan düşünən QwQ-32B modelini təqdim edib

15:48 - 6.03.2025


6 mart, Fineko/abc.az. Çinin “Alibaba Group Holding” şirkəti QwQ-32B süni intellektə (AI) əsaslanan və əsaslandırma qabiliyyətinə malik açıq mənbə modelini təqdim edib. Tərtibatçıların sözlərinə görə, model daha az resursdan istifadə edərək bir sıra sahələrdə məhsuldarlıq baxımından DeepSeek R1-dən üstündür.

ABC.AZ xəbər verir ki, bu elandan sonra “Alibaba”nın səhmləri Hong Kong ticarətində 7,5 % artdı və bu, təxminən iki həftə ərzində ən böyük gündəlik artımdır.

“Alibaba”nın yeni Sİ modeli 32 milyard parametrə malikdir və DeepSeek R1 modelini riyazi hesablama, proqram kodunun yazılması və ümumi məsələlərin həlli kimi sahələrdə 671 milyard parametrlə üstələyir.