09:35 - 3.03.2025
3 mart, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti artır.
Brent markalı neftin may fyuçersi ICE Futures birjasında saat 09:33-də $0,30 (0,41%) artaraq bir barel üçün $73,11-a yüksəlib. Fevralın 28-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $0,76 (1,03%) azalaraq bir barelə $72,81-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI markalı neftin aprel fyuçerslərinin saat 09:33-də $0,30 (0,43%) artaraq bir barelə $70,06-a yüksəlib. 28 fevral ticarətinin nəticələrinə görə, WTI markalı neftin aprel fyuçersləri $0,59 (0,84%) ucuzlaşaraq bir barelə $69,76-a düşüb.
Ötən həftənin yekunlarına görə, Brent markalı neft 1,68%, WTI - 0,91% itirib. Fevral ayında Brent 4,66%, 3,82% ucuzlaşıb.
12 Avqust 2026