Bank kartları bir ayda 67 min artıb

11:11 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil edib.

ABC.AZ xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15.8% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18.1%, kredit kartları üzrə 0.3% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artıb.