16:26 - 21.02.2025
21 fevral, Fineko/abc.az. “Fitch” analitikləri Qafqaz regionunda bankların likvidliyinin əlverişli səviyyədə olduğunu vurğulayıb.
ABC.AZ xəbər verir ki, Azərbaycanın likvidlik əmsalı MDB+ regionunda ən yüksək göstəricilərdən biridir – 73%, bu da kifayət qədər likvidliyin mövcud olduğunu sübut edir.
"Regiondakı bankların reytinqləri investisiya səviyyəsindən aşağıdır və “B” ilə “BB+” arasında dəyişir. Azərbaycan banklarının reytinqi 2024-cü ilin oktyabr ayında aktivlərin keyfiyyəti ilə əlaqədar risklərin azalması sayəsində yüksəlib və Azərbaycanın suveren reytinqi ilə (BBB-/Stable) yerli banklar üçün fəaliyyət mühitinin qiyməti (bb-) arasındakı 3 pilləli əhəmiyyətli fərqi nəzərə alaraq reytinqlərin daha da qalxması üçün potensial mövcuddur”, – deyə materialda qeyd olunur.