Azərbaycan xaricdən Aİ-92 benzin alışını 3 dəfədən çox artırıb

14:42 - 21.02.2025


21 fevral, Fineko/abc.az. Azərbaycan keçən il xaricdən Aİ-92 markalı avtomobil benzininin idxalını 262,4 min tona çatdırıb.

ABC.AZ xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 dəfədən çox artım deməkdir.

Avtomobil benzininin idxalına görə Azərbaycan ticarət tərəfdaşlarına 225 milyon ABŞ dolları ödəniş edib.

İdxal edilmiş benzinin bir tonu ölkəyə orta hesabla 861 dollara (1 463 manata) başa gəlib. Bu, öncəki ildəki 926 dollardan ucuz olsa da, Tarif Şurasının 1 iyul 2024-cü ildən müəyyən etdiyi pərakəndə satış qiyməti – 1 289,82 manat/ton göstəricisini üstələyir. Hətta pərakəndə ticarət – yəni yanacaq doldurma məntəqələrindən satışa yönəldilən 1 441 manatlıq qiymətdən də yuxarıdır.