11:37 - 21.02.2025
21 fevral, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) bu ilin sentyabr və oktyabr aylarında Bakı və Cənubi Koreyanın İnçon şəhəri arasında çarter reysi həyata keçirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov Koreyanın “Seoul city” nəşrinə müsahibəsində bildirib.
Diplomat ümid edir ki, çarter reyslərindən sonra müntəzəm uçuşlar da yerinə yetiriləcək.
“Birbaşa aviareys əlbəttə ki, ölkələrimiz arasında turizmin, o cümlədən mədəni və elmi-akademik əlaqələrin, ümumilikdə insanlar arasında təmasların inkişafına təkan verəcək. Biz iki ölkənin forum və sərgilərdə qarşılıqlı iştirakını fəal şəkildə təşviq etməyə və dəstəkləməyə davam edəcəyik. Buraya peşəkarlar və sahibkarlar arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaratmaq və əməkdaşlıq üçün yeni imkanlar açmaq da daxildir”, – o bildirib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026