14:34 - 12.02.2025
12 fevral, Fineko/abc.az. Azərbaycandan ötən il Portuqaliyaya 1 milyon 5,2 min ton neft ixrac edib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, Portuqaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 631,2 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 553,3 min ton (2,2 dəfə), dəyərində isə 331,6 milyon dollar (2,1 dəfə) artım baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Portuqaliyaya 299,6 milyon dollar dəyərində 449,9 min ton neft ixrac etmişdi.
Ötən il ərzində Portuqaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 067 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 65 manat (5,7%) azdır. Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Portuqaliyaya 2024-cü ildə 7-ci, 2023-cü ildə isə 14-cü yerdə olub.
12 Avqust 2026