Tramp səudiyəlilərin ABŞ-a 1 trilyon sərmayə qoyacağını düşünür

11:07 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Prezident Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoya biləcəyini düşünür.

ABC.AZ xəbər verir ki, Tramp düşüncəsini Davos İqtisadi Forumunda videobağlantı ilə çıxışında ifadə edib.

“Bu gün bir çox qəzetlərdə Səudiyyə Ərəbistanının ABŞ-yə azı 600 milyard dollar sərmayə qoyduğuna dair xəbərlər var. Məncə, bu qərəm artmalıdır. Çünki, bizim səuidiyəlilərlə yaxşı münasibətimiz var. Bu rəqəm təxminən 1 trilyon dollara qədər olmalıdır”, – Tramp deyib.