Azərbaycanda arağın yarım litrinin orta satış qiyməti bu qədər olub

17:16 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. 2024-cü ilin noyabr ayında Azərbaycanda arağın yarım litrinin orta satış qiyməti 10.08 manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin noyabr ayı ilə müqayisədə 0.93 manat və ya 10% çoxdur.

Bununla yanaşı yerli istehsal olan arağın yarım litrinin qiyməti 7.31 manat təşkil edib ki, bu da illik fərqlə 0.95 manat və ya 15% çoxdur.

Xaricdən gətirilmiş arağın yarım litrinin qiyməti isə 13.90 manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 0.74 manat və ya 6% çoxdur.

Məlumat üçün bildirək ki. 2023-cü ilin noyabr ayında yarım l arağın orta qiyməti 9.15% manat təşkil edib. Yerli arağın qiyməti 6.36 manat, xaricdən gətirilmiş arağın qiyməti isə 13.16 manat olub.