Neft sabitdir, Brent bir barelə $76,29 təşkil edir

09:22 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti sabitdir.

Brent markalı neftin mart ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:20-də $0,01 (0,01%) azalaraq bir barelə $76,29-a düşüb. 6 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,21 (0,27%) - bir barelə $76,30-a qədər ucuzlaşdı.

Saat 09:20-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri $0,06 (0,08%), bir barelə $73,50-a düşdü. 6 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $0,40 (0,54%) ucuzlaşaraq bir barelə $73,56-a düşdü.