17:03 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. Tayvanın Foxconn şirkəti Apple-ın müqavilə istehsalçısı kimi daha yaxşı tanınır, lakin süni intellekt bumu şəraitində server sistemlərinin yığılması biznesi onun üçün getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır.
ABC.AZ xəbər verir ki, keçən ay, məsələn, Foxconn, AI istiqaməti sayəsində gəliri ildə 42% artırmağı bacarıb.
Ümumilikdə, ötən rübün nəticələrinə görə, Foxconn analitiklərin gözləntilərini üstələyərək gəliri 15% artıraraq 64,72 milyard dollara çatdırıb. Cari rübdə Foxconn rəhbərliyi həmçinin illik müqayisədə nəzərə çarpan gəlir artımına ümid edir.
12 Avqust 2026