Vuçiç: Serbiya Rusiya şirkətlərinin payını almağa hazırdır

15:39 - 6.01.2025


6 yanvar, Fineko/abc.az. Serbiya ABŞ sanksiyaları tətbiq edəcəyi təqdirdə Rusiyanın "Qazprom neft" və "Qazprom" şirkətlərinin NIS Neft Şirkətində payını almağa hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə Respublika Prezidenti Aleksandr Vuçiç bildirib.

Onun sözlərinə görə, Belqrad hadisələrin bu cür inkişafından qaçmaq istəyir.

"İndi NIS-i geri almaq üçün pulumuz var. Əgər şirkətin dəyərinin 1 milyard avro olduğu təxmin edilirsə, söhbət Qazpromun və "Qazprom Neft"in paylarının geri alınması üçün 600 milyon avrodan gedir", - Vuçiç bildirib.