09:30 - 28.12.2024
28 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bu həftə artıb.
Dekabrın 27-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin mart fyuçerslərinin qiyməti $0,94 (1,29%) artaraq bir barel üçün $73,79-a çatıb, bu markanın fevral fyuçersləri bir barelə $74,17 səviyyəsində bağlanıb. WTI neftini fevral fyuçersləri $0,98 (1,41%) artaraq bir barelə $70,60-a çatıb.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1,69%, WTI neft isə 1,64% bahalaşıb.
12 Avqust 2026