Prezident gələn ilin dövlət büdcəsini təsdiqləyib

10:15 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

ABC.AZ xəbər verir ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə ÜDM-in 2,36%-i səviyyəsində – 3 milyard 51,6 milyon manat həcmində kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.