17:06 - 26.12.2024
26 dekabr, Fineko/abc.az. Ukrayna hökuməti ixrac və idxalı 2025-ci il üçün lisenziyalaşdırma və kvotaya məruz qalan malların siyahısını təsdiqləyib.
ABC.AZ xəbər verir ki, gələn il duz, enerji kömürü, təbii qaz, yanacaq ağacı, gümüş, qızıl, qiymətli metal qırıntıları və ya külçəsinin ixracına sıfır kvota müəyyən edilib.
Eyni zamanda, hökumət kokslaşan kömürlər üçün 1,3 milyon ton ("K" markası) və maye yanacaq (mazut) üçün 400.000 ton kvota təyin edib. Bundan əlavə, buğda, qarğıdalı, günəbaxan toxumu, şəkər, quş əti və digər kənd təsərrüfatı məhsullarının lisenziyası tətbiq edilmişdir.
12 Avqust 2026