İranda WhatsApp və Google Play blokdan çıxarılır

10:15 - 26.12.2024


26 dekabr, Fineko/abc.az. Müvafiq qərarı İslam Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Ali Şurasının iştirakçıları qəbul ediblər.

ABC.AZ xəbər verir ki, təşəbbüs səs çoxluğu ilə dəstəklənib.

Hər iki servis 2022-ci ildə İranda 22 yaşlı kürd qadın Mahsa Amininin ölümü ilə əlaqədar etirazlardan sonra bloklanmışdır.