İranda ilk dəfə qadın pilot tərəfindən idarə olunan aviareys həyata keçirilib

11:09 - 23.12.2024


23 dekabr, Fineko/abc.az. İranda ilk dəfə olaraq Milli Qadınlar Günü şərəfinə yalnız qadın sərnişinlərin ibarət olan təyyarə qadın pilot tərəfindən idarə olunub.

ABC.AZ xəbər verir ki, 110 iranlı qadının olduğu "İran Banu" reysi bazar günü səhər İranın Milli Analar Günündə Məşhəd şəhərindəki Haşemi-Nejad beynəlxalq hava limanına enib.

Təyyarəni idarə edən pilot, İranın ilk qadın pilotu Şəhrzad Şəms adlı xanım olub.
Bu, sərnişinləri və ekipaj üzvləri qadınlardan ibarət olan, Məşhəd beynəlxalq hava limanında enən ilk təyyarə olub.