12:11 - 11.12.2024
11 dekabr, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 dekabr 2024-cü il tarixinədək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan 1 dekabr tarixinədək 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.
13 Avqust 2026
12 Avqust 2026