09:40 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti sabitləşib.
Brent markalı neftin fevral fyuçersi ICE Futures birjasında saat 09:37-də $0,05 (0,07%) azalaraq bir barel üçün $72,04-a düşüb. Dekabrın 5-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,22 (0,30%) azalaraq bir barelə $72,09-a enib.
Saat 09:37-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri $0,02 (0,03%) artaraq bir barel üçün $68,32-a yüksəlib. 5 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,24 (0,35%) ucuzlaşaraq bir barel üçün $68,30-a düşüb.
12 Avqust 2026