Məsafədən bank hesablarının açılmasına yenidən baxılmalıdır - Zakir Nuriyev

11:10 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. Rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdrilməlidir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslər sadələşdirilməlidir.