Yaşıl taksanomiya bank sektorunun ekoloji məsuliyyətinin artırılmasına təkan verəcək

10:35 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. Azərbaycan bank sektoru COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi üçün 2 milyard manatlıq maliyyə öhdəliyi götürüb. Azərbaycan Mərkəzi Bankı tərəfindən bu hədəflərə nail olmaq üçün yaşıl taksanomiya qəbul edilib.

ABC.AZ xəbər verir ki, bunu Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

Onun sözlərinə görə, bu addım bank sektorunun ekoloji məsuliyyətinin artırılmasına və davamlı inkişafa təkan verəcək. V.Xəlilov hesab edir ki, yaşıl keçidi dəstəkləmək üçün banklar səylərini əsirgəməyəcək.