Azərbaycanda pul bazası 20 milyard 576,8 milyon manatdır

15:27 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 20 milyard 576,8 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4 % azalıb, son 1 ildə isə 12,2 % artıb.