Rusiya Bankı rəqəmsal rubl üçün vahid tətbiqin yaradılmasını nəzərdən keçirir

11:42 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Rusiya Bankı, Rusiya Banklar Assosiasiyasının (RBA) təklifinə cavab olaraq rəqəmsal rublla əməliyyatlar üçün vahid mobil tətbiqetmənin yaradılmasını müzakirə etməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu addım bankların milli valyutanın yeni formasını tətbiq etmək xərclərini azaltmaq məqsədi daşıyır. Rusiya Bankının nümayəndəsi tənzimləyicinin bazar iştirakçılarının təklif və təşəbbüslərini nəzərdən keçirmək üçün açıq olduğunu bildirib.

Oktyabr ayında RBA rəqəmsal rublun istifadəsi üçün infrastruktur təkmilləşdirmələrinin yüksək xərcləri ilə bağlı orta və kiçik bankların narahatlığı ilə tənzimləyiciyə məktub göndərib. RBA-in hesablamalarına görə, layihənin dəyəri hər bank üçün 85-150 milyon rubl ola bilər. Rəqəmsal rubl bütün banklar üçün məcburi olmalı olduğundan, orta və kiçik maliyyə qurumları iş həcmi ilə mütənasib olmayan xərclərlə qarşılaşacaqlar. Rəqəmsal rublun tətbiqi universal lisenziyası olan banklar üçün 1 iyul 2026-cı ildən, baza lisenziyası olan banklar üçün isə 1 iyul 2027-ci ildən başlayacaq.