Banklar valyuta hərracında tələbi artırdılar

13:00 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, noyabrın 21-də keçirilən valyuta hərracında bankların tələbi 74,60 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 1,6 milyon dollar (2,19%) çoxdur. Noyabrın 19-da keçirilən valyuta hərracında AMB banklara 73,0 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.