16:38 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın media holdinqi Trump Media Bakkt kripto ticarət platformasını almağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Coindesk Financial Times-a istinadən xəbər verir.
Potensial sövdələşmənin məbləği bildirilmir. “Bakkt”, Starbucks müştərilərinə bitkoinə qəhvə almağa kömək etmək məqsədi ilə böyük törəmə birjalarına, eləcə də NYSE-yə sahib olan Intercontinental Exchange tərəfindən yaradılmışdır. İndi “Bakkt”, kriptovalyuta saxlama və ticarət xidmətlərinə yönəlmişdir.
“Bakkt”ın səhmləri, Trampın mümkün ələ keçirməsi fonunda, 18 noyabr bazar ertəsi günü 163% artdı. Trmp Media sənədləri ötən gün 17% artdı.