15:00 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə dəstəyi ayrılacaq.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin iclası zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 2024-cü ilin ilkin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 12,5% çoxdur:
“Pandemiyada biz büdcədə azalmalar müşahidə edirdik. 2021-ci illə müqayisədə 2025-ci il dövlət büdcəsinin xərcləri 50% artıb”.