Azərbaycanda bu elektrik enerjisinin istehsalı kəskin artırılacaq

14:14 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. Azərbaycanda 2028 ildə külək və günəşlə işləyən stansiyalarda 5 203,5 QVt-saat elektrik enerjisi istehsal olunacağı proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib. Bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 7,3 dəfə çoxdur.

Sənədə əsasən, 2025-2028-ci illərdə külək və günəşlə işləyən stansilarda elektrik enerjisinin istehsalı tədricən artacaq.

Belə ki, 2025-ci ildə qeyd olunan göstərici 715,1 QVt-saat, 2026-cı ildə – 3 753,2 QVt-saat, 2027-ci ildə – 4 555,4 QVt-saat, 2028-ci ildə isə 5 203,5 səviyyəsində olacağı proqnozlaşdırılır. (APA)