Neft bahalaşır, Brent bir barelə $71,17 təşkil edir

10:07 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda düşdükdən sonra bazar ertəsi hərracda yüksəlir.

Saat 09:48-də ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti $0,13 (0,18%) artaraq bir barelə $71,17-a yüksəldi. Noyabrın 15-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $1,52 (2,09%) ucuzlaşaraq bir barelə $71,04 təşkil edib.

Saat 09:48-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,13 (0,19%) artaraq bir barelə $67,15-a yüksəldi. Noyabrın 15-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $1,68 (2,45%) ucuzlaşaraq bir barel üçün $67,02-a düşüb.

Ötən həftə Brent markalı neft 3,83%, WTI nefti isə 4,77% ucuzlaşıb.