KazMunayQaz və CNPC Xəzərdə neft axtarmağı planlaşdırırlar

17:19 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. KazMunayQaz (KMG) və CNPC Qızılorda vilayətində və Xəzərdə neft axtaracaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə Milli şirkət geoloji kəşfiyyat və yataqlarda neft hasilatının artırılması perspektivləri üzrə texniki seminar çərçivəsində məlumat verib.

Geoloji kəşfiyyat işlərini genişləndirmək, yeni əraziləri araşdırmaq, neft ehtiyatlarını doldurmaq və innovativ texnologiyalar tətbiq etmək üçün KMG Çinin CNPC neft və Qaz Korporasiyası ilə əməkdaşlığı aktivləşdirir.

"Çöküntü hövzələrinin kompleks tədqiqi"nin məlumatına görə, Cənubi Torqay hövzəsinin proqnozlaşdırılan ehtiyatları 3,2 milyard tondan çoxdur.

Yeni yataqların kəşfi üçün şirkət Şimali Torqay, Şu-Sarısu və Sırdərya kimi az öyrənilmiş hövzələr də daxil olmaqla kəşfiyyat məkanlarını genişləndirməyi planlaşdırır.