Əcnəbilər Azərbaycanda bank kartları ilə 9 ayda 2 milyard manata yaxın pul xərcləyib

16:18 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. Əcnəbi şəxslər bank kartları ilə 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 1 milyard 988.5 milyon manat və ya 1 milyard 169.71 milyon ABŞ dolları dəyərində əməliyyatlar aparıblar.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, keçən illə müqayisədə cari ilin ilk üç rübündə 739.9 milyon manat və ya 59% artıb.

Təkcə sentyabr ayında 265.4 milyon manatlıq əməliyyatlar aparılıb. Sentyabrdakı əməliyyatların 155.02 milyon manatı “Visa”, 106.08 milyon manatı isə “MasterCard” ilə aparılıb.