16:18 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. Əcnəbi şəxslər bank kartları ilə 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 1 milyard 988.5 milyon manat və ya 1 milyard 169.71 milyon ABŞ dolları dəyərində əməliyyatlar aparıblar.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, keçən illə müqayisədə cari ilin ilk üç rübündə 739.9 milyon manat və ya 59% artıb.
Təkcə sentyabr ayında 265.4 milyon manatlıq əməliyyatlar aparılıb. Sentyabrdakı əməliyyatların 155.02 milyon manatı “Visa”, 106.08 milyon manatı isə “MasterCard” ilə aparılıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026