16:33 - 25.10.2024
25 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manata bərabər olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.3% və ya 551.9 milyon manat, banklardan xaricə köçürmələr isə 15.4% və ya 71.5 milyon manat azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 884.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 464.9 milyon manat təşkil edib. (APA)
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026