09:30 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki gün yüksəldikdən sonra cümə günü hərracda artır.
Brent markalı neftin dekabr ayı üçün fyuçersi ICE Futures birjasında saat 09:25-də $0,26 (0,35%) artaraq bir barelə $74,71-a yüksəlib. Oktyabrın 17-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,23 (0,31%) artaraq bir barelə $74,45-a çatıb.
Saat 09:25-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,35 dollar (0,50%) artaraq bir barel üçün $71,02-a yüksəlib. Oktyabrın 17-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,28 (0,40%) artaraq bir barelə $70,67-a çatıb.
14 Avqust 2026