Özbəkistanda kiçik atom elektrik stansiyasının tikintisi planlaşdırılır

11:22 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Özbəkistanda kiçik AES-in tikintisi üçün müqavilə imzalanıb, onun həyata keçirilməsi üçün aktiv  iş gedir.

ABC.AZ xəbər verir ki,  bu barədə RF "Rosatom" dövlət korporasiyasının baş direktorunun birinci müavini Andrey Petrov Daşkənddə keçirilən respublikanın atom enerjisinin inkişafı üzrə beynəlxalq elmi-praktik konfransda məlumat verib.

"Layihədən əvvəl və layihə işlərinin başlanğıcı aktiv şəkildə aparılır və faktiki olaraq biz artıq meydançada startdayıq", - deyə Petrov bildirib.