16:01 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında SOCAR 5,6 mln. ton neft və qaz kondensatı hasil edib, bu da illik müqayisədə 3,4% azdır.
ABC.AZ xəbər verir ki, ötən ilin müvafiq dövründə SOCAR 5,8 mln. ton neft və qaz kondensatı hasil edib.
Məlumata görə, cari ilin 9 ayında SOCAR 5,7 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 11% azdır.
Xatırladaq ki, ötən ilin yanvar-sentyabr ayıarında SOCAR 6,4 mlrd. kubmetr qaz hasil edib. (Azərtac)
14 Avqust 2026