15:26 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. Paytaxtın 8 Noyabr prospektində təmir işlərinin yekunlaşacağı tarix məlum olub. Hazırda işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb.
ABC.AZ xəbər verir ki, tikinti işləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) açıqlama verilib.
Bildirilib ki, hazırda prospekt boyunca ümumi hərəkətə maneə yaradılmadan piyada səkilərinin, velosiped zolağının və bufer zonanın, həmçinin yol ayrıcının tikintisi istiqamətində işlər davam etdirilir.
Bu işlərin tam olaraq bu ayın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Ətraflı Xəzər TV-nin hazırladığı süjetdə: