17:20 - 11.08.2026
11 avqust, Fineko/abc.az. AZCON Holding şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) quru yük gəmiləri ilə daşımalarının həcmi 2026-cı ilin yanvar–iyul aylarında illik müqayisədə 39% artıb.
Dövr üzrə əsas göstəricilər:
Yanvar–İyul (7 ay): Ötən ilin eyni dövründə 780 min 366 ton yük daşındığı halda, bu il göstərici 1 milyon 83 min 130 tona çatıb.
İyul ayı üzrə: Cari ilin iyulunda 188 min 825 ton yük nəql olunub. Ötən ilin iyul ayı (114 min 184 ton) ilə müqayisədə artım 74 min 641 ton və ya 65% təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026