Çində avtomobil ixracı rekord vurub, daxili satışlar isə kəskin azalıb

15:59 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına görə, iyulda ölkədən avtomobil ixracı illik müqayisədə 88% artaraq 918 min ədədə çatıb. Beləliklə, ölkədə istehsal olunan avtomobillərin 41%-i xaricə göndərilib.

Buna baxmayaraq, daxili bazarda pərakəndə satışlar 21% azalaraq 1,46 milyon ədədə düşüb. Ən böyük azalma daxili yanma mühərrikli modellərdə (-41%) qeydə alınıb.

Lider şirkətlərdən BYD 173 min, Tesla isə 66 mindən çox avtomobil ixrac edib. Şirkətlər daxili bazardakı endirim müharibələri və azalan gəlirlilik fonunda xarici bazarlara daha çox üstünlük verirlər.