“Fitch Ratings” AMB-nin Bazel III islahatlarını yüksək qiymətləndirib

11:37 - 13.08.2026


13 avqust, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) bank sektorunun Bazel III standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tənzimləyici islahatlara müsbət rəy verib.

Agentliyin qiymətləndirməsinə görə, bu tədbirlər ölkənin bank sisteminin maliyyə dayanıqlığını daha da gücləndirəcək.

AMB-nin “2024–2026-cı illərdə maliyyə sektorunun İnkişaf Strategiyası” çərçivəsində tətbiq edilən yeni kapital tələbləri yerli tənzimləmə çərçivəsini beynəlxalq standartlara tam yaxınlaşdırır. Bankların yeni tələblərə tam uyğunlaşması 2027-ci ilin yanvar ayından etibarən təmin olunacaq.