10:29 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. Qlobal neft tələbatı 2050-ci ilə qədər 120,1 milyon b/s-ə çatacaq ki, bu da 2023-cü ilin yekunlarına nisbətən 17,5% və ya 17,9 milyon b/s çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə, OPEC-in illik icmalında bildirilir.
Neft istehlakının artımının əsas drayveri Hindistan olacaq, burada tələb 2023-cü ildəki 5,3 milyon b/s-dən 2050-ci ildə 13,3 milyon b/s-ə qədər artacaq. Bu 8 milyon b/s artım alyansın analitikləri tərəfindən proqnozlaşdırılan ümumi artımın 45%-ni təşkil edir.
OPEC-in araşdırmasına görə, Çində neft tələbatı 2050-ci ilə qədər 2,5 milyon b/s artaraq 18,9 milyon b/s-ə çatacaq. Bu haqlda 2,2 milyon b/s artım cari onilliyin sonuna qədər təmin ediləcəkdir. OECD-yə daxil olmayan digər Asiya ölkələri 5,2 milyon b/s, 14,5 milyon b/s-ə qədər artım təmin edəcəklər.
OPEC-də 2050-ci ilə qədər neft tələbatının artmasının əsas drayverləri neft-kimya, avtomobil və aviasiya nəqliyyatı kimi sektorlar hesab olunur ki, burada ehtiyaclar müvafiq olaraq 4,9 milyon b/s, 4,6 milyon b/s və 4,2 milyon b/s artacaq.
18 Avqust 2026